Sənətkar Könüllülərə Dəstək

Mədəniyyət

Mədəniyyət Carçılarından yeni layihə!

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi, ASAN könüllülərinin Mədəniyyət Carçısı və BAŞLAnın birgə əməkdaşlığı çərçivəsində yeni layihə start verilir.

“Sənətkar Könüllülərə Dəstək” layihəsi istedadlı ASAN könüllülərinin sənətkarlıq sahəsi üzrə öz istedadlarını aşkara çıxaracaq və onların bu istiqamətdə olan fəaliyyətləri dəstəklənəcəkdir.

Layihə çərçivəsində könüllülərlərə “ABAD” tərəfindən təlimlər keçiriləcək, xammal və digər zəruri dəstək veriləcəkdir. İstedadlı gənclər tərəfindən hazırlanan məhsulların "ABAD" sənətkarlıq mərkəzində satışı təmin olunacaq  və əsərlərin müəllifləri müvafiq olaraq hazırladıqları və satışı reallaşdırılmış məhsullar üzrə gəlir əldə edəcəkdir. Pilot olaraq icra olunan bu layihənin gənclərdə sənətkarlıq sahəsinə olan marağı artıracaq və kiçik sahibkarlığa töhvə verəcəkdir.

Layihə müraciət etmək istəyən şəxslər aşağıdakı keçiddə məlumatlarını qeyd edə bilər.

Keçid: https://goo.gl/eA9M8w 

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36