Ləman Hacıyeva

Layihələrin İdarəedilməsi Departamenti

"Mədəniyyət Carçısı" Proqramının əməkdaşı

Ləman Novruz qızı Hacıyeva 25 avqust 1996-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2003-cü ildə Bakı şəhəri Yasamal rayonu 51 saylı orta məktəbdə 1-ci sinifə başlamış  və 2014-cü ildə həmin məktəbdən  məzun olmuşdur.

2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin İstehlak mallarının ekspertizası və marketingi ixtisasina daxil olmuş, hal-hazırda bakalavr təhsilini davam etdirir.

2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində könüllü fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

2017-cı ilin yanvar ayından “ASAN Könüllüləri” Təşkilatının 2 saylı “ASAN Xidmət” mərkəzi üzrə nümayəndə kimi fəaliyyət göstərir.

Rus və İngilis dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36