Fidan Səfərova

Könüllülərlə İş Departamenti

1 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Səfərova Fidan Elşən qızı 18.12.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.

2000-2008-ci illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə təhsil almışdır.

2009-cu ildə AzMİU nəzdində Fizika-Riyaziyyat təmayüllü liseyə daxil olmuş, 2011-ci ildə həmin liseyi bitirmişdir.

2014-cü ildə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasına daxil olmuşdur. Hal–hazırda bakalavr təhsilini dacam etdirir.

30.01.2017-30.03.2017 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı 1 saylı “ASAN Xidmət” Mərkəzində könüllü olaraq fəaliyyət göstərmişdir, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

Hal-hazırda  “ASAN Könüllüləri” Təşkilatının 1 saylı “ASAN Xidmət” Mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36