"ASAN məktub" layihəsi qasidləri məzun oldular.

Facebook

“ASAN Könüllüləri” təşkilatının "ASAN məktub" layihəsi çərçivəsində qasid olaraq fəaliyyət göstərən bir qrup könüllü məzun olub. Könüllülər uğurlu fəaliyyətlərinə görə sertifikatlarla təltif olunmuşar. Qeyd edək ki, "ASAN Məktub" layihəsində “ASAN qasid” kimi çıxış edən "ASAN könüllüləri" vətəndaşlarla azyaşlı övladlar arasında körpü rolunu oynayır. Belə ki, uşaqlar üçün alınmış hədiyyələr qasidlər tərəfindən vətəndaşlardan alınaraq uşaqlara çatdırılır və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndərilir. www.asanmektub.az saytı vasitəsilə arzusu reallaşdırılmış 1000-dən artıq uşağın sevincinə səbəb olmuş hər kəsə minnətdarıq!