“Könüllülər Yurdu- Azərbaycan” layihəsi 80 000 insanın yeni informasiya qazancıyla başa çatdı!

Website

Tədbiri giriş sözü ilə açan "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov layihə ilə bağlı məlumat verərək bildirib ki, layihənin keçirilməsində əsas məqsəd könüllü fəaliyyətini təbliğ etməklə gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə gənclərin rolunun artırılmasına nail olmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışı zamanı bugünki tədbirin dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bir təcəssümü olduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "ASAN könüllüləri"nin bundan sonra da uğurlu layihələr həyata keçirərək cəmiyyətin inkişafına xidmət göstərəcəklərinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, 24 şəhər və rayonu əhatə edən “Könüllülər Yurdu-Azərbaycan” layihəsində ümumilikdə 1000-ə yaxın gənc iştirak edib.

APA Tv