“Könüllülər Parlamenti Azərbaycan”- 2017 layihəsi başa çatdı!

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə baş tutan, gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradan “Könüllülər Parlamenti Azərbaycan” layihəsi növbəti ilində yekunlaşmışdır.
Layihənin sonuncu günündə "Könüllülər Parlamenti"nin plenar iclası keçirilib. İclasda komitələr onlara əvvəlcədən təqdim olunmuş mövzular üzrə hazırladıqları təkliflər planını təqdim ediblər. Təqdim olunmuş təkliflər planı keçirilmiş səsverməyə əsasən qəbul edilib.

Layihənin bağlanış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və Azərbaycan Respublikası Vergillər Nazirliyi Tədris Mərkəzinin rəisi Əli Həsənov layihənin uğurlu yekunuyla bağlı iştirakçıları təbrik edib, hazırlanmış təkliflər paketilə bağlı öz rəylərini bildirmiş, sonda iştirakçılar sertifikatlarla təltif olunub.

   Qeyd edək ki, “Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunmaqdadır.  Seçilən 80 nəfər gənc Milli Məclisin simulyasiyasının 4 günlük sessiyalarında iştirak edərək 4 gün ərzində özləri seçdikləri müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanırlar.