"ASAN Könüllüləri" Təşkilatı növbəti layihəsinə start verir!

Topluma könüllü olaraq fayda verməyə çalışan “ASAN Könüllüləri” Təşkilatına qoşulmağa növbəti şans!

     “ASAN Könüllüləri” Təşkilatı öz ənənəsinə sadiq qalaraq, əsas məqsədi topluma, gələcək gəncliyə fayda sağlayacaq növbəti möhtəşəm layihəsinə start verir! “AIM”- ASAN İnkişaf Modeli-(ASAN Improvement Model) adlı, gənclərə dəstək istiqamətli növbəti layihənin məqsədi gənclərə xüsusən modern dövr yanaşmalı sağlam düşüncə tərzinin aşılanması, özünə inam hissinin formalaşdırılması, onların hələ ali təhsilə addım dövründən müasir, innovativ ixtisaslara yönləndirilməsi, savadlı və şəxsi karyeraya, sahibkarlığa yönəlmiş düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. “AİM”in əsas hədəf kütləsi bölgə gəncləri düşünülmüş, layihə mütamadi olaraq Azərbaycanın şəhər və rayonlarında əsasən təlim-seminarlar əsasında olacaqdır. Daha ətraflı tezliklə...

➡ Təcrübə axtarışında olan, 1-ci fayda almağı deyil fayda verməyi düşünən, oturanda yatmayan “civə kimi qaynıyan”,  komanda təcrübəsi olan

➡ Dünyadakı trendleri təqib edən, “Google”u tanıyan, “Facebook”la “Linkedin”in fərqini bilən

➡ Sosial media sahəsində və ya təhsil agentliklərində iş təcrübəsi olan, arada maraqlı tweetlər atan, gecə yatmamışdan qabaq mailini yoxlayan.

➡ Ana dilini səlis və İngilis/Rus dillərini bilən, "Ş" yerinə "W" yazmayan

➡ Yaradıcı kontent və kampaniya ideyaları təklifləri bol olan, rəqəmsal təcrübəsi olan, "ləb" demədən "ləbləbi" deyildiyini anlayan, 🙌

➡ Görüşlərdə çaydan kofedən içən. Dizayner, copywriter dostlarının başının üzərində durub, istədiyi işi vaxtında alan və tələbkar.

➡ "Time Management"-lə bağlı öz qaydaları olan, həm bizi həm də özünü inkişaf etdirən, eyni zamanda "deadline" haqqında yazılmış bütün məqalələri oxuyan 

➡ Sosial Mediada trendləri, milli və beynəlxalq kampaniyaları yaxından izləyən, "Novruz" və "Yeni il"dən başqa da önəmli günlərin olduğunu bilən 

➡  Evə gec getməkdən qorxmayan, işi bitmədən aclıq hiss etməyən😎

Bonus: Yuxarıda qeyd olunanlar olmaya da bilər, yetər ki, içindəki o öyrənmək istəyini göstərə bilsin.

Müraciət üçün:   

Son tarix: 19.11.2017

Tezliklə görüşmək üzrə!