"Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası" layihəsi başlayır!

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və  "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası" layihəsi Qəbələ şəhərində həyata keçiriləcək. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu “ASAN Könüllülərinin 3-cü spartakiadası”nın əsas məqsədi ölkənin milli idman strategiyasının dəstəklənməsi, gənclər arasında idmanın təbliği ilə sağlam nəslin formalaşdırılmasına töhfə verməkdir.

“ASAN Könüllüləri” Təşkilatı olaraq daim sağlam gənclik formalaşdırılmasında öz töhfəmizi verməyə çalışmış, bu yolda gənclərlə əl-ələ verərək bütün layihələrdə bu məqsədi başda tutmuşuq.

Artıq III-cü dəfə baş tutacaq layihədə  7 fərqli bölgədən olan gənc iştirakçılar müxtəlif idman növləri üzrə fərdi və komandalar şəklində mübarizə aparacaqlar.

İştirak üçün əsas şərtlər: ASAN Könüllüsü olmalı; Sağlamlığında heç bir problem olmamalı; Fiziki cəhətdən güclü olmalı;

Spartakiadada keçiriləcək idman növləri- Voleybol, tennis, kəndirdartma və qaçış üzrə təcrübəyə sahib olmalı;  Qalibiyyətə iddialı olmalıdır.

İştirak etmək üçün “ASAN Könüllüləri” Təşkilatının Bakı və regionlarda yerləşən nümayəndəliklərinə müraciətlər qəbul edilir.

Son müraciət tarixi: 20.11.2017

Tədbirin sonunda ümumi idman növləri  üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunacaq.  Növbəti ASAN  Spartakiada kuboku  I yeri tutmuş komandaya təhvil veriləcək.