Biznes ideyan var? Elə indi BAŞLA!

Biznes ideyan var? Elə indi BAŞLA!

ASAN Könüllülərinin biznes ideyalarının dəstəklənməsi üçün həyata keçirilən "BAŞLA" layihəsi yeni mövsümdə könüllü üzv axtarışındadır.

Layihənin əsas məqsədi gənclərin öz bizneslərini qurmaqla iqtisadiyyata töhfə verməsinə kömək etmək, həmçinin istehlak bazarında ancaq idxal hesabına formalaşan məhsulların yerli istehsalına nail olmaq, özəl sektorun inkişaf etdirilməsi və innovativ məhsulların istehsalına təşviq edilməsi üçün investorlarla ideya müəlliflərinin vahid mühitdə toplanılmasına xidmət etməkdir.

Layihə həmçinin fərdi brendlərin formalaşdırılması və hazırlanan məhsulların ölkə xaricinə çıxarılması üçün xarici satış kanallarının tapılmasına, həmçinin bizneslərin gəlirliliyinin artırılması üçün reklam və marketinq işlərində dəstək göstərir.

Qeydiyyat üçün: https://goo.gl/forms/IKS5yLx6KOgozdZy2

BAŞLAmaq üçün: http://asanschool.az/az/bashla