“100 kitab 100 oxucu” adlı layihəyə start verilir!

Gəlin kitabı hadisələrin mərkəzinə çevirək! 
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Billik Fondu və "Şərq-Qərb" ASC-nin tərəfdaşlığı ilə “100 kitab 100 oxucu” adlı layihəyə start veriləcək. 
20 şəhər və rayonda keçiriləcək layihənin məqsədi regionlarda yaşayan gənclərin kitaba qarşı həvəsinin və dünyagörüşünün artırılması, təhsilə, elmə və ictimai fəaliyyətə cəlb olunmasıdır. 
     Belə ki, nəşriyyatlar və vətəndaşlar tərəfindən yığılacaq kitablar, regionda yaşayan gənclərə və kitabxanlara təqdim olunacaq. Eyni zamanda layihə çərçivəsində gənclərə peşə seçimi, fərdi inkişaf, natiqlik bacarığı və digər istiqamətlərdə təlimlər də keçiriləcəkdir.