"Science via Media" layihəsinə ASAN Könüllüləri də iştirak üçün dəvət edilir!

Barama Media Mərkəzinin təşkilatçılığı və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə başlayan "Science via Media" layihəsinə ASAN Könüllüləri də iştirak üçün dəvət edilir!

Belə ki, yarışma üçün  iştirakçılar 5 fərqli mövzudan birində video kontentlər hazırlamalıdırlar.

Mövzular:
1. Elm
2. İnnovasiya
3. Suni intellekt
4. Kriptovalyuta
5. Ekologiya

Qeyd edək ki, gənclik üçün mediaya bağlı dəyərli şans olan "Science via Media" yarış formatında baş tutacaq, elmi, innovativ və digər mövzulu izahları terminlərlə deyil media dilində topluma çatdıracaq. Bunu ən yaxşı bacaranları- Qalibləri isə yüksək dəyərli mükafatlar gözləyir. 
Layihədə iştirak etmək üçün #90saniyəlik video çarxda götürdüyünüz kəşf, texnologiya və ya digər mövzuları izah etməli və bunu öz ideyalarınızla ən yüksək səviyyədə bütün topluma anlaşıqlı etməyə çalışmalısınız.
Çəkilmiş video çarxlar aşağıdakı elektron ünvana göndərilməli. İştirak etmək istəyən lakin texniki dəstəyə ehtiyacı olan gənclər Bakı Dövlət Universitetində yerləşən Barama Media Mərkəzinin email ünvanına müraciət edə bilərlər.
Email:  [email protected] 
Son tarix: 5 Fevral 2018
5 Fevraldan etibarən göndərilmiş videoların analizi aparılacaq. İki fərqli istiqamətdə səsvermə baş tutacaq. Səslərin 50% münsiflər heyəti, 50%-i isə YouTube kanalı üzərindən qeydə alınacaqdır. Münsiflər 5 kriteriya #mətn#video kontent#əsaslanıdrma#kreativlik və #aktuallıq istiqamətindən qiymətləndirmə edəcəklər.
Yekunda nəticələrə uyğun olaraq qaliblər ictimaiyyətə təqdim ediləcək və mükafatlandırılacaqlar.

 

İştirakçılara uğurlar arzulayırıq!