Bərdə şəhərində “KÖLGƏ” tamaşası baş tutacaq!

Bərdə şəhərində “KÖLGƏ” tamaşası baş tutacaq!

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə “KÖLGƏ” tamaşası Bərdə şəhərində həyata keçiriləcək. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan Emiliya Bayramovanın layihəsinin əsas məqsədi məişət zorakılığına qarşı mübarizənin  gücləndirilməsidir.

“KÖLGƏ” tamaşasının əsas məqsədi  məişət zorakılığına  qarşı mübarizə, bu haqqında ictimai fikirdə dəyişiklik yaratmaq, bu sahəyə ictimaiyyətin  diqqətini  cəlb  etmək  və  cəmiyyətdə insanların bu  problemi daha düzgün dərk eləməsinə nail olmaq, eyni zamanda da məişət zorakılığının qurbanı olan şəxslərin sosial  müdafiəsi, eləcə  də  məişət  zorakılığına qarşı  mübarizənin  gücləndirilməsidir.

Cəmiyyətin ictimai həyatında  qadının mövqeyi  uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir.  Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri  aradan qaldırmaq  uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu layihədə bizim əsas funksiyamız cəmiyyətə ailə, qadın və uşaq problemlərinin həllini göstərməkdir. 60 dəqiqəlik tamaşada müxtəlif fonlarda (kölgələrdə) və pantomima şəklində epizodlar nəzərdə tutulub.