"Gənclər arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilir.

"ASAN Könüllüləri" Təşkilatı  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq "Gənclər arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilir.

Paytaxt  regionları əhatə edəcək proqram çərçivəsində könüllülərin çəkdikləri "Fotoqrafların gözü ilə dini tolerantlıq" mövzusunda fotosərgi keçiriləcək, həmçinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Şəhadət" filmi nümayiş olunacaq, maarifləndirmə tədbirləri reallaşacaqdır.