1-ci sərgi və film nümayişi

"ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq "Gənclər arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilmişdir. Proqramın ilk günü 20 Yanvar faciəsində şəhid olanların xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başlamışdır. Layihə çərçivəsində könüllülərin çəkdikləri "Fotoqrafların gözü ilə dini tolerantlıq" mövzusunda ilk fotosərgi keçirilmiş, həmçinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Şəhadət" filmi nümayiş olunmuşdur. Qeyd edək ki, 1-ci sərgi və film nümayişi bu gün Bakıda Metropark ticarət mərkəzində baş tutmuşdur.