“ASAN Könüllüləri” Təşkilatı “AVO MUN” 2018 layihəsinə start verir.

“ASAN Könüllüləri” Təşkilatı və "Gilan Holdinq"in birgə təşkilatçılğı ilə “AVO MUN” 2018 layihəsi başlayır!

“ASAN Könüllüləri” Təşkilatı, "Gilan Holdinq"in təşkilatçılığı, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə (UNDP Azerbaijan) gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” 2018 layihəsi 19-21 apreldə yenidən reallaşacaq. 

Belə ki, BMT-nin İnkişaf Proqramının simulyasiyası əsasında baş tutacaq layihə ilk dəfə olaraq 3 dildə (Azərbaycan dili, İngilis dili, Rus dili) həyata keçiriləcəkdir. 
Layihə çərçivəsində 3 komitə fəaliyyət göstərəcəkdir:
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurası;
International Court of Jutice;
Cодружествo Независимых Государств (СНГ).