“Gəncliyin Səsi” festivalının bağlanışı baş tutub.

6 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında Gəncliyin Səsi” festivalının bağlanışı münasibətilə "ASAN Könüllüləri"nin "FotoMən" layihəsi iştirakçılarının foto sərgisi və Könül Hüseynlinin rejissorluğu ilə "Bankir Adaxlı" tamaşası baş tutub. Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.