İgidlərimizi tanıyaq! 3 Milli Qəhrəmanın doğum günüdür

 

27 İyun tariximizdə həm də bu igidlərin doğum kimi yadda qalıb:

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Ruslam Muradov, Malik Əsədov, Yavər Əliyevin doğum günüdür. Mərdlik səlnaməsi yazmış bu igidləri Siz də tanıyın:

 

Ruslan Muradov:

MURADOV RUSLAN HƏMİD oğlu

27-iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Ruslan 1992-ci il 22 yanvar rtarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir

Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Ruslanın xidmət etdiyi bölmə yerli özünümüdafiə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlar keçirdi. Camaat yenidən öz ev-eşiyinə qayıtdı. Bu əməliyyatların həyata keçirilməsində bir kəşfiyyatçı kimi R.Muradovun böyük zəhməti olmuşdur. Onun düşmən haqqında dəqiq məlumatları mühüm əhəmiyyət kəsb edirdi.  1992-ci ilin avqustunda düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. O, təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak etməli oldu. Onlar mühasirəyə düşdülər. İki gün davam edən ağır döyüşlər nəticəsində mühasirəni yara bildilər.

Ruslan Muradov 1992-ci il avqustun 22-də, Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

 

Malik Əsədov:

 

27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə burada orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Qazaxıstanda hərbi xidmətini başa vurub, Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır.

Qarabağ hadisələri başlayanda o, əsgər paltarı geyinir. Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.

1992-ci il yanvar ayının 12-i... Mingəçevirdən 20 nəfər döyüşçü Şuşaya getməliydi. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.

Yanvarın 18-i... Ermənilər kəndə hər tərəfdən hücuma keçmişdi. Yaraqlıların sayı, bəlkə də, yüzə yaxın olardı. Onlar isə cəmi 6 nəfər idi. Polislər geri çəkilməyə məcbur oldular. Malik Əsədov bir neçə yara almışdı. Amma o, yenə də cəsarətlə döyüşürdü. Şuşa polisinin əməkdaşları özlərini onlara yetirdilər. Lakin artıq gec idi. Malik gözlərini əbədi yummuşdu, erməni faşistləri onu qəddarlıqla qətlə yetirmişdilər. Ancaq Malik də son məqamında belə borclu qalmamışdı; ətrafda onlarla düşmən cəsədi yerə sərilmişdi.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Havarlı kəndində dəfn edilmişdir.

Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində - işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.

 

Yavər Əliyev:

Yavər Əliyev.jpg

 

Azərbaycanın Milli Qəhrəmanı Əlıyev Yavər Yaqub oğlu 27 iyun 1956-cı ildə Bakı çəhərində neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olur. Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən baçarığı və peşəkarlığı ilə diqqəti cəlb edir. O, tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənir. İdarənin rəhbərliyi onu əvvəl Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra Mİ-8 vertolyotuna ikinci pilot və daha sonra komandir təyin edir.

Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə Yavər və onun dəstəsi əsl fədakarlıq göstərərək, nəyə qadir olduqlarını sübut etdilər. Çətin və təhlükəlı uçuşlar... Onlar əhalini dağ rayonlarından çıxarır, Qarabağın ayrı-ayrı bölgələri ilə hava körpusu yaradırlar.

Yavər Əlıyev 1992-ci il yanvarın 28-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfindən vurulmuşdu. Azərbaycanın cəsur oğulları Viktor Seryoqin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. İgid şahin Şuşaya gələrək, düşmən atəşi altında onların cəsədlərini götürə bilmişdi.

O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görüb. 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olub.

Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. Və 1992-ci il fevralın 29-u... Yavərin sonuncu uçuşu.

Ailəlidir. İki övladı atasının yolunu davam etdirir. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.