Qəbələdə turizm və qadınlara dəstək layihəsi keçirilir.

Coca-Cola, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universiteti bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsinin ilk komponenti üzrə təlimlər Qəbələdə 16 iyul tarixindən başlamışdır. Azərbaycanın əsas turizm marşrutlarından sayılan Qəbələdə  6 gün davam edən bu təlimlər turizmin əsasları və idarəçiliyi, müştəri xidməti, gigiyena kimi bir sıra maraqlı mövzuları əhatə edir.

Qeyd edək ki, Coca-Cola Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə, Masallı şəhərlərini və ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdır. Tədris Türkiyənin tanınmış mütəxəssislərinin Azərbaycan Turizm və Menecment Universitinin professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz həyata keçirilir, layihə ASAN Könüllüləri tərəfindən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq üçün icra olunur.

 

Layihəyə müraciət üçün təlimlərin təşkil olunacağı "ASAN xidmət" mərkəzlərinə müraciət oluna və ya  elektron qeydiyyat üçün keçiddən istifadə oluna bilər: https://goo.gl/ShV4c7