“Azerbaijan Technologies” firması ASAN könüllüləri ilə görüşüb

          “Azerbaijan Technologies” firması ASAN könüllüləri ilə görüş keçirib. Tədbirdə firma tərəfindən fəal ASAN könüllülərinə 56 ədəd ASUS Zenfone markalı müasir smartfonlar təmanasız olaraq hədiyyə edilib.

         Öncə ASAN könüllülərinin fəaliyyəti ilə bağlı məlumat verilib, “ASAN Könüllülük” Məktəbinin təşkilatçılığı ilə müxtəlif təlim və tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu görüş korporativ sosial məsuliyyət layihələri çərçivəsində ASAN könülülərinin həvəsləndirilməsi ilə bağlı təşkil olunub.  

          Sonda “Azerbaijan Technologies” firmasına “ASAN Könüllüləri” Təşkilatı tərəfindən təşəkkürnamə təqdim edilib.