Mədəniyyət Carçısı 3 il

“ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü ilə “Mədəniyyət Carçısı”
proqramı 3 ildirki fəaliyyətini davam etdirir. Proqramın məqsədi Azərbaycan
Respublikası gənclərinin mədəniyyət sahəsində maarifləndirilməsi
səviyyəsinin yüksəldilməsi və mədəniyyət fəaliyyətində iştirakçılığının
artırılmasıdır. Ümumilikdə ASAN Könüllülərinin 6 illik fəaliyyəti dövrü
ərzində Bakı və regionlar üzrə 20 000 nəfər auditoriya iştirakı ilə 28 tamaşa
nümayiş etdirilib. Dekorativ sənət və rəsm sahəsində 60-a yaxın master-
klass və ekoloji, xeyriyyə istiqamətində 40 rəsm sərgisi təşkil olunub. 150-ə
yaxın könüllü rəssamın iştirakı ilə sayca 2 dəfə "Yaşıl İncəsənət" sərgisi ,
”Könüldən gələn rəssamlıq”, “Həmrəy olaq” və s. sərgilər həyata keçirilib.
Bununla yanaşı könüllülərin əl işləri müxtəlif beynəlxalq və regional
festivallarda, tədbirlərdə nümayiş etdirilib. Fotoqrafiya sahəsində 5-ə yaxın
foto sərgi və 2 ay müddətində davam edən 40 nəfər könüllünün iştirak
etdiyi "FotoMən" fotoqrafiya kursu təşkil olunub. Film və kino sahəsində 10-
a yaxın layihə həyata keçirilərək, ümumilikdə könüllülər 150-dən çox sosial,
ekoloji, xeyriyyə, mədəniyyət istiqamətində video-çarxlar çəkərək nümayiş
etdiriblər. Rəqs sahəsində müxtəlif rəqs növləri üzrə 20 master-klass və
fləşmob şəklində 5-ə yaxın tədbir həyata keçirilib. Musiqi sahəsində
könüllülərdən ibarət Musiqi qrupu yaradılıb, 20-ə yaxın musiqili tədbirlər,
xeyriyyə konsertləri, anım günləri keçirilib. Könüllülərin musiqi sahəsində
bacarıqlarının inkişaf etdirməkləri üçün 3 dəfə 2 ay müddətində davam
edən "Gitara kursu" keçirilib. Könüllülərin iştirakı ilə Emin Sabitoğlunun 81-
ci ildönümünə həsr olunmuş konsert proqramı baş tutub. İncəsənət
xadimləri, aktyorlar, rəssamlar ilə ASAN Könüllülərinin görüşləri,
mühazirələri, təlimləri təşkil olunur. Dünya mədəniyyətlərinin tanıdılması
üçün 150-ə yaxın təqdimatlar keçirilərək könüllülərin mədəniyyət sahəsində
inkişafı üçün işlər görülüb. Könüllülərin asudə vaxtlarının səmərəli
keçirmələri üçün 350-dən çox sərgilərə, muzeylərə, mədəniyyət
mərkəzlərinə ekskursiyalar təşkil olunub. Gənclərin Azərbaycanın milli
mədəniyyəti haqqında daha çox məlumatlı olması üçün sosial şəbəklərdə
300-ə yaxın "Milli İrsimiz" başlığı altında musiqi, kino, rəsm və digər
mədəniyyət sahəsində paylaşımlar edilir. “ASAN Teatr” Festivalı

çərçivəsində İmişli regional “ASAN həyat” kompleksində yerləşən Gənc
İstedadlar Teatrında 9-23 fevral 5 tamaşa nümayiş olunub.