"Avropa Hüquqşünas Tələbələr Assosiyası Azərbaycan" nümayəndəliyi ilə növbəti memorandum imzalandı

AKGT , ASANYOUTH , ELSA , ELSAAZE

Artıq Avropanın ən böyük hüquq tələbələri assosiasiyası olan ELSA ilə "ASAN Könüllüləri" gənclər təşkilatı arasında əməkdaşlıq memorandumu imzalandı.

Memorandum "ASAN Könüllüləri" gənclər təşkilatının təsisçisi Fərid Sadıxlı və "ELSA Azərbaycan"ın prezidenti Sirac Sultanlı tərəfindən imzalanıb.

Qeyd edək ki, əməkdaşlıq sayəsində ELSA tərəfindən Ukraynada təşkil olunacaq insan hüquqları mövzusunda 5 günlük konfransda Təşkilat 4 ASAN Könüllüsü tərəfindən təmsil olunacaq.