"AİESEC Azərbaycan" nümayəndəliyi ilə memorandum imzalandı

AKGT , ASANYOUTH , AIESEC , @AZERBAIJAN

“ASAN Könüllüləri” gənclər təşkilatı və AİESEC-in Azərbaycan nümayəndəliyi arasında ikili əməkədaşlığa dair memorandum imzalanıb.

Memorandum, gənclərin intellektual və yaradıcılıq potensialının artırılması, onların beynəlxalq aləmə çıxışına  şərait yaratmaq, dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasına nail olmaq, cəmiyyətdə dininə, irqinə, cinsinə əsasən ayrıseçkilik etməyən gəncliyin formalaşmasına zəmin yaratmaq, gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə nail olmaq və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir. Eyni zamanda, sözügedən təşkilatların keçirəcəyi təlimlərdə hər iki təşkilat üzvləri, qarşılıqlı iştirak hüququ qazanıb.

AİESEC-in Azərbaycan nümayəndəliyinin prezidenti Kamilla Solberg, çıxşı zamanı, bu əməkdaşlıqdan məmnun olduğunu, əməkdaşlığın uzun müddət davam edəcəyinə inandığını bildirib.