"Avropa Gənclər Parlamenti Azərbaycan" nümayəndəliyi ilə memorandum imzalandı

AKGT , ASANYOUTH , EYP , EYPAZERBAIJAN , EYPAZ

“ASAN Könüllüləri” gənclər təşkilatı (AKGT) və Avropa Gənclər Parlamentinin(AGP) Azərbaycan nümayəndiliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Məqsəd Azərbaycan gənclərində könüllülük hərəkatını inkişaf etdirmək, könüllü xidmətlərə dair məlumatlandırma, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır. Həmçinin memorandum gəncləri könüllü işə cəlb etməklə onlara vaxtlarını səmərəli keçirməyə və gələcəkdə karyeralarını inkişaf etdirməkdə kömək edə biləcək təcrübənin, biliyin qazanılmasına dəstəyin verilməsi və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir. 
Sənədi AKGT-nin həmtəsisçisi və təşəbbüs qrupunun rəhbəri Fərid Sadıxlı və AGP-nin Azərbaycan üzrə prezidenti Tayfun Qüdrətli imzalayıb.

 

Əməkdaşlıq çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin Avropa Gənclər Parlamentinin 21-24 fevral tarixlərində Ankarada təşkil edəcəyi 2-ci Gənclər Forumunda iştirakı nəzərdə tutulur. Həmçinin AKGT və AGP Azərbaycan tərəfindən gələn ilin mart ayında Beynəlxalq Gənclər Forumunun keçirilməsi də planlaşdırılır.