ASAN Könüllüləri 2 Fevral Gənclər gününü qeyd etdi

AKGT , ASANYOUTH

2 Fevral 2014-cü il tarixində ASAN Könüllüləri Gənclər Gününü qeyd etdi. 

Bütün “ASAN xidmət” mərkəzlərində (habelə, 1 saylı, 2 saylı, 3 saylı, Sumqayıt və Gəncə) könüllülərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Buna əlavə olaraq Gəncə könüllüləri məhz Gənclər gününə həsr etdikləri “Narkotika və onun fəsadları”adlı video çarx təqdim etdilər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərini gün ərzində ziyarət edən vətəndaşlar könüllülərimizin əl işlərinin çox böyük maraq ilə qarşılamışdırlar.