"Avto Təlim" layihəsi başa çatdı

AKGT , ASANYOUTH

8 aprel 2014-cü il tarixində 1 ay davam edən "Avto Təlim" layihəsi başa çatdı. 

Təlimlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə yol hərəkəti qaydalarını öyrətməkdir. Təlimdə yaşayış ərazilərində, dəmiryol keçidlərində və avtomagistrallarda hərəkət qaydaları təlim iştirakçılarına izah edilib və bir sıra test tapşırıqları yerinə yetirilib. Bu təlimlərin keçirilməsi həm maddi, həm də mənəvi cəhətdən dəyən zərərin azalmasına xidmət edəcək.

Avto-təlimlərə yol hərəkəti qaydalarını dərindən mənimsəmək və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclər cəlb olunublar. Avto-təlimlər bir ay müddətində davam edəcək və yekun olaraq özünü sınamaq istəyən tələbələr Dövlət Baş Yol Polisi İdarəsində qeydiyyatdan keçərək imtahan verəcəklər.

1 ay davam edən təlimlərdə 30 gənc iştirak edib. Layihəni uğurla başa vuran gənclər sertifikatla təltif olunublar.

Читать полностью: http://news.day.az/society/480698.html

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.