Gəncə şəhərində "Ekoloji sfera" təlimi keçirildi

AKGT , ASANYOUTH

13 mart 2014-cü il tarixində "Ekoloji Sfera və Yaşıl Planet adlı layihə çərçivəsində qədim Gəncə şəhərində növbəti təlim keçirildi. 

Gəncə "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən könüllülərimiz "ASAN Könüllüləri" gənclər təşkilatı və Təbiət Elmləri İctimai Birliyinin birgə təşkil etdiyi təlimdə iştirak ediblər. Təlimdə könüllülərimiz, Yer Kürəsində həyat və ekosfera ilə bağlı maraqlı faktlarla tanış olublar.

Qeyd edək ki, təlimdə 20-dən çox Gəncə ASAN Könüllüsü iştirak etmişdir.