"Gənc beyin" layihəsi keçirildi

AKGT , ASANYOUTH , GƏNCBEYİN , PSYCHOLOGY

ASAN Könüllüləri” gənclər təşkilatı son zamanlar gənclər arasında psixoloji gərginliklərin və özünəqəsd hallarının artmasını nəzərə alaraq gənclərimizin psixi sağlamlığının qorunması istiqamətində psixoloji təlimlər silsiləsi keçirdi.

“Gənc Beyin” adlanan bu layihədə “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empati hissi”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar” , “Sevginin psixoloji izahı”, “İctimai aqressiya” və digər psixoloji mövzularda təlimlər keçirilmişdir.

50 nəfər gəncin iştirak etdiyi 2 aylıq təlimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlimçi psixoloqları Orxan Oruczadə və Məhsəti Fərəcova tərəfindən keçirilmişdir.