Gəncə şəhərində "Xəmsə" milli intellektual oyunu keçirildi

AKGT , ASANYOUTH

Gəncə "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən könüllülərimiz arasında "Xəmsə" Milli intelektual yarışması keçirilib.

6 komandanın iştirakı ilə keçirilən yarışma "Empatiya" komandasının qələbəsilə başa çatıb. Qalib komandanın üzvlərinə Fəxri Fərmanlar və müxtəlif hədiyyələr verilib.Yarışmanın kordinatorları Hafiz İmaməliyev və İsrafil Muradlı da xüsusi təltifnamə ilə təltif olunublar.