"ASAN Könüllüləri" gənclər təşkilatı Heydər Əliyev zirvəsində

AKGT , ASANYOUTH

“ASAN Könüllüləri” gənclər təşkilatı ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə maraqlı yürüş keçiriblər. 

 

Belə ki, Təşkilatın sədri Fərid Sadıxlı və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Məhəmməd İbrahimov Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər.

 

Könüllülər ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti kimi “ASAN Könüllüləri" gənclər təşkilatının və "ASAN xidmət"in bayraqlarını dalğalandırıblar.

 

Fərid Sadıxlı və Məhəmməd İbrahimov ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Heydər Əliyev zirvəsinə (3751 m) müvəffəqiyyətlə yürüş etdiklərinə görə Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası tərəfindən sertifikatla təltif edilmişdir.

 

“ASAN Könüllüləri” gənclər təşkilatı bundan sonra da ümummilli lider Heydər Əliyevi anma münasibəti ilə müxtəlif maraqlı tədbirlər keçirməyi planlaşdırır.