"Hər Uşaq - 1 Çiçəkdir" layihəsi keçirildi

AKGT , ASANYOUTH , HƏRUŞAQ1ÇİÇƏKDİR , CHILDREN

“ASAN Könüllüləri” gənclər təşkilatı 10 May Gül Bayramı gününü həyatımızın çiçəkləri olan uşaqlara həsr edərək “Hər uşaq - 1 çiçəkdir” adlı layihəsini həyata keçirmişdir. 

Gün ərzində ASAN Könüllüləri və "Bizim Sabah" təşəbbüs qrupu “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə birlikdə vaxt keçirərək onlara diqqət və qayğı göstərmiş, bununla da sosial məsuliyyətliliyin əhəmiyyətini cəmiyyətimizə bir daha çatdırmaqla bu mövzunu gənclər arasında təbliğ etmişdir.