Beynəlxalq uşaqlar günü münasibəti ilə Sumqayıt ASAN Könüllüləri xüsusi qayğıya ehtiyacı olan uşaqları təbrik edib

AKGT , ASANYOUTH , CHILDREN

31 may 2014-cü il tarixində Sumqayıt ASAN Könüllüləri tərəfindən xüsusi aksiya keçirilib.

31 may Son zəng və 1 İyun Beynəlxalq Uşaqlar günü münasibəti ilə "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyi adından Sumqayıt "ASAN xidmət" mərkəzinin könüllüləri xüsusi qayğıya ehtiyacı olan əqli və fiziki qüsurlu olan 1 saylı Sumqayıt internat məzunlarını və kiçik yaşlı uşaqları təbrik edib.

Aksiyada 20-dən çox Sumqayıt könüllüsü iştirak edib.