"Natiqlik Klubu" layihəsi çərçivəsində təlimlər keçirildi

AKGT , ASANYOUTH , NATİQLİKKLUBU

16 iyul 2014-cü il tarixində “ASAN Könüllüləri” gənclər təşkilatı və Prezident yanında Gənclər Fondunun birgə layihəsi olan “Natiqlik Klubu” layihəsinə start verildi və müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən 25 iştirakçı ilə ilk görüş daha sonra isə 2 ay müddətində təlimlər keçirildi.

“Natiqlik Klubu”nun iştirakçıları ilə ilk görüşdə “ASAN Könüllüləri” gənclər təşkilatının sədri Fərid Sadıxlı və gənc liderlərdən biri olan Əliyar Hüseynov iştirak etdilər.

Təlimlər Azərbaycanın ən çox fəqrlənmiş təlimçiləri və eyni zamanda natiqlərindən olan Nərgiz Seyidzadə və Tural Sultanov tərəfindən keçirilib. Sözügedən layihədə iştirak üçün müraciət etmiş 335 nəfərdən 22-i secilərək təlimlərə qatılmaq şansı qazanmışdılr.

Təlimlər zamanı hazırcavablıq - vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulasiya yolları və digər mövzular əhatə olunub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, əsas məqsədi gənclərin öz fikirlərini sərbəst ifadə etmə bacarığını artırılması olan layihə çərçivəsində daha çox praktiki biliklərə əsaslanan ikinci təlim bloku və layihənin sonunda isə turnir keçirilməsi nəzərdə tutulub.