"ASAN Akademiya" layihəsi çərçivəsində I təlim bloku başlandı

AKGT , ASANYOUTH , ASANACADEMY

“ASAN Könüllüləri” gənclər təşkilatının həyata keçirdiyi, yayın ən öyrədici layihəsi olan “ASAN AKADEMİYA”nın təlimlərinə start verildi . 

Layihənin başlanğıcında Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Layihə çərçivəsində öz sahəsi üzrə ölkənin ən tanınmış mütəxəssisləri olan Orxan Oruczadə və Fariz Cəfərov tərəfindən iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik üzrə təlimlər keçirilir . Ümumilikdə 2 ay davam edəcək layihəyə müraciət etmiş 437 nəfərdən 40-ı seçilərək təlimlərdə iştirak haqqı qazanmışdlr. 

 Qeyd edək ki, Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.