“Natiqlik klubu” layihəsi çərçivəsində müsahibə formatında “Natiqlik müsabiqə”sinin yarımfinal oyunu keçirilib

AKGT , ASANYOUTH , NATİQLİKKLUBU

“Natiqlik Klubu” layihəsi çərçivəsində müsahibə formatında “Natiqlik Müsabiqə”sinin yarım final oyunu 17 avqustda 2014-cü il tarixində keçirilib.

31 avqust Ambassador Hotel-də final oyunu keçiriləcək və Müsabiqənin qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 1 aylıq təcrübə proqramı keçmək şansı qazanacaqlar.

Nəzərinizə çatdiraq ki “Natiqlik Klubu” layihəsi çərçivəsində təlimlər zamanı hazırcavablıq, vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulyasiya yolları və digər mövzular əhatə olunub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Müsabiqənin yarım final mərhələsinin nəticələri aşağıdadır və siyahıda adı olan ilk altı iştirakçı final mərhələsinə iştirak edəcək:

1. Günel Eyvazlı (90)

2. Rəvan Allahverdiyev (88)

3. Ülviyyə Əliyeva (86)

4. Pərviz Almaszadə (86)

5. Ləman Hacıyeva (85)

6. Gündüz Əhmədli (82)

7. Arzu Zahidova (78)

8. Reyhan Əzizova (78)

9. Rəşad Vəlili (77)

10. Sevinc Vəliyeva (76)

11. Qabil Verdizadə (74)

12. Aynur Usubova (74)

13. Püstəxanım Əmrahova (72)

14. Davud Məmmədov (68)

15. Aydan Əhmədova (60)

(c) Azərbaycan Gənclər Fondu, Gün.az, Azərbaycan İnformasiya Agentliyi, Salam news, QHT Xəbər