"ASAN AKADEMİYA"-nın ikinci mərhələsi başlandı

AKGT , ASANYOUTH , ASANACADEMY

“ASAN Könüllüləri” gənclər təşkilatının həyata keçirdiyi, yayın ən öyrədici layihələrindən biri olan “ASAN AKADEMİYA”nın təlimlərinin ikinci mərhələsinə start verildi.

Layihə çərçivəsində öz sahəsi üzrə ölkənin ən tanınmış mütəxəssisləri olan Orxan Oruczadə və Fariz Cəfərov tərəfindən iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik üzrə təlimlər keçirilir. Ümumilikdə 2 ay davam edəcək layihəyə müraciət etmiş 437 nəfərdən 40-ı seçilərək təlimlərdə iştirak haqqı qazanmışdır. 
Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.