“Nə? Harada? Nə zaman?” intellektual oyunu layihəsi çərçivəsində təlimlər başa çatıb

AKGT , ASANYOUTH

30 avqust 2014-cü il tarixində keçirilən "Nə? Harada? Nə zaman?" layihəsi uğurla başa çatdı. İntellektual oyunun qalib komandası "Gran Turino" oldu.

“ASAN Könüllüləri” Gənclər Təşkilatı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirtdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu layihəsi çərçivəsində 2 hazırlıq və kubok uğrunda 3 oyunun keçirilmişdir..

Təlimlər Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında dəfələrə fəqrlənmiş oyunçulardan olan Tural Sultanov və Asim İbrahimli tərəfindən keçirilib. Sözü gedən layihəyə 78 iştirakçıdan ibarət 13 komanda qoşulacaq. Təlimlər zamanı oyunun qaydaları, oyun zamanı daha uğurlu olmaq üçün müxtəlif məsləhətlər, hazırcavablılıq  və digər mövzular əhatə olunub.

Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” layihəsinin əsas məqsədi məntiqi düşüncə və arqumentsiya, gənclərin komandada iş bacarığı və mövcud biliklərdən maksimum yararlanmaq qabiliyyətinin inkişaf olunmasıdır.

(c) Azərbaycan Gənclər Fondu, AZƏRTAC, Baku Post