“Natiqlik Klubu” layihəsi uğurla sona çatdı

AKGT , ASANYOUTH , NATİQLİKKLUBU

31 avqust 2014-cü il tarixində “ASAN Könüllüləri” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər fondunun dəstəyi ilə təşkil olunan “Natiqlik Klubu” layihəsi sona çatdı. 

Layinənin bağlanış mərasimində fəxri qonaqlar Azərbaycan Respublikasının Prezindeti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikasının Prezindeti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev iştirak etmişlər. Tədbirin açılış mərasimini “ASAN Könüllüləri” gənclər təşkilatının sədri Fərid Sadıxlı Qubadlının işğal gününü anaraq başlamışdır. Açılışdan sonra 6 iştirakçı müsabiqə xarakterli çıxışlar etmişdir və çıxış edənlərdən üçü yer tutaraq sertifikat və medallarla təltif edilmişdirlər. Çay fasiləsi zamanı tədbirin qonaqları və iştirakçıları Azərbaycan Respublikasının Prezindeti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri am Kərimov ilə səmimi söhbət aparmışlar. Söhbət boyunca İnam Kərimov könüllülərə öz tövsiyyələrini vermiş və könüllülər də öz ideyalarını İnam Kərimovun diqqətinə çatdırmışdırlar. 

Qeyd edək ki, təlimlər Azərbaycanın ən çox fəqrlənmiş təlimçiləri və eyni zamanda natiqlərindən olan Nərgiz Seyid-zadə və Tural Sultanov tərəfindən keçirililmişdir. Həmçinin qeyd edilən təlimçilər və öz sahəsində tanınmış ekspert Toğrul Talıbzadə də müsabiqə zamanı münsiflər heyətinin üzvü olmuşdur. Sözügedən layihədə iştirak üçün müraciət etmiş 335 nəfərdən 22-i seçilərək təlimlərə qatılmaq şansı qazanmışdılr.Təlimlər zamanı hazırcavablıq - vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulasiya yolları və digər mövzular əhatə olunmuşdur.