"ASAN Akademiya” Layihəsinin İlk Məzun Buraxılışı keçirildi

AKGT , ASANYOUTH , ASANACADEMY

1 Noyabr tarixində, “Beynəlxalq Muğam Mərkəzində” “ASAN Akademiya” layihəsinin Məzun Buraxılış mərasimi baş tutmuşdur.

“ASAN Akademiya” layihəsinin ilk Məzuniyyət Gecəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər dövlət rəsmiləri çıxış etmişdir.
“ASAN Akademiya” layihəsinin keçirilməsinin məqsədi Könüllülərin iş mühitinə psixoloji hazırlığı, biznesin təşkili və idarəçiliyi istiqamətlərində iştirakçıların fərdi inkişafı üçün yönələn motivasiya edici təlimlərin keçirilməsindən ibarətdir. Qeyd edək ki, könüllülərin özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirmələrində “ASAN Akademiya” layihəsinin rolu danılmazdır. Layihədə iştirak etmək üçün müraciət etmiş 447 nəfərdən 40 nəfər seçilərək iştirak etmişdir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.