Dövlət Bayraq günü ilə əlaqadər yürüş

AKGT , ASANYOUTH , AZERBAİJAN , VƏTƏNPƏRVƏRLİK , DÖVLƏTÇİLİK

“ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin təşkilatçılığı ilə 9 noyabr 2014-cü il tarixində saat 11:00-dan etibarən "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi - Bakı, Gəncə, Sumqayıt, Bərdə və Sabirabad şəhərlərində “9 noyabr- Dövlət Bayrağı”gününə həsr olunmuş yürüş baş tutmuşdur.

"Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir" şüarı altında keçirilən tədbirdə 500-dən çox Könüllü iştirak etmişdir. Yürüş boyunca Könüllülər bayraqlar və milli atributlarla şəhərlərin mərkəzlərində bukletlər paylamışlar və paylanılan bukletlərdə bayraq gününün tarixi, önəmi və bayrağımız haqqında məlumat xüsusi yer almışdır. Könüllülər şəhərlərin mərkəzlərindən Bayraq meydanlarına doğru yürüş edərək yerli sakinləri və mərkəzlərdə olan yaşlı və gənc nəslin də diqqətini cəlb etmişlər.

Keçən il yalnızca Bakı şəhərində aksiya keçirərək bayramı qeyd edən ASAN Könüllüləri bu il Bakı, Gəncə, Sumqayıt, Sabirabad şəhərlərində və Tərtər rayonunda da aksiyalar keçirdərək Respublika səviyyəsində bu önəmli bayramı qeyd etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd “9 noyabr - Dövlət Bayrağı “gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını vurğulayaraq bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaqdır.