“Uşaq hüquqları” mövzusunda seminar keçirildi

AKGT , ASANYOUTH , CHILDREN

20 noyabr 2014-cü il tarixində Uşaq hüquqları günü münasibətilə “Uşaq hüquqları” mövzusunda “ASAN Könüllüləri” gənclər təşkilatı və “Uşaq Hüquq Mərkəzi” tərəfindən 1 saylı "ASAN xidmət" mərkəzində təşkil olunmuş seminar keçirilmişdir. 

Seminarda uşaq hüquqları, uşaq azadlıqları, uşaq və valideynin vəzifələri, ailə və cəmiyyətdə uşaq, uşaq və qanun pozuntusu, uşaqların müdafiəsi mövzusunda müzakirələr aparılmışdır.