"ASAN Könüllüləri" 2 fevral Gənclər gününə həsr olunmuş sərgidə iştirak etdilər

AKGT , ASANYOUTH , VOLUNTEERS

29 yanvar 2015-ci il tarixində Gəncə şəhərində 2 fevral Gənclər gününə həsr olunmuş sərgidə “ASAN Könüllüləri” Gənclər Təşkilatı 1 illik fəaliyyətini təqdim etmişdir.

Sərgidə iştirak edən Gəncə şəhəri İcra Hakimiyyətinin nümayəndələri və Gəncə şəhərinin gəncləri Təşkilatımıza böyük maraq göstərmişdirlər. Bir sıra gənclər ASAN Könüllüləri sırasına qoşulmaq üçün anket doldurmuşdurlar.