"1 Gənc - 1 Hekayə -1 Uğur" layihəsi çərçivəsində Seymur Rəsulov ilə görüş keçirildi

AKGT , ASANYOUTH , 1GƏNC1HEKAYƏ1UĞUR

29 yanvar 2015-ci il tarixində "ASAN Könüllüləri" Gənclər Təşkilatı, ADA Universiteti və "ADA Angle" klubunun birgə təşkilatçılığı ilə "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsi çərçivəsində Seymur Rəsulov ilə görüş keçirildi.

Seymur Rəsulov İllinoys Universitetinin İnformasiya Elmləri ixtisası üzrə magistr pilləsinin məzunu, “TEDxFrankfurt” ilk Azərbaycanlı spikeri, Dünya Bankı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, "Qatar Foundation" kimi qurumlarda hazırda isə “Springer” nəşriyyat evində çalışır. Təqdimatçı iştirakçılara öz həyat təcrübəsi ilə bağlı fikirlərini bölüşdü və onları maraqlandıran sualları cavablandırdı.

Tədbirin sonunda isə “Uğuru bir cümlə ilə ifadə et” müsabiqəsinin qalibi təşkilat və şəxsən Seymur Rəsulov tərəfindən hədiyyə ilə mükafatlandırıldı.