“İnnovativ idarəetmə görüşü”ndə ölkəmizin nüfuzlu diplomatı!

AKGT , ASANYOUTH , İNNOVATİVİDARƏETMƏ , ASANSCHOOL

14 fevral 2015-ci il tarixində Dövlət İdarəçilik Akademiyasında ASAN könüllülərinin Azərbaycanın ölkə xaricində fəaliyyət göstərən önəmli diplomatlarından biri Sultan Hacıyev ilə görüşü baş tutdu. Görüşdə könüllülər ilə yanaşı Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbələri də dinləyici qismində çıxış etmişdir.

Görüşdə inkişaf haqqında danışan Sultan Hacıyev, ölkəmizdəki aparılan uğurlu işlərdən, islahatlardan danışaraq bildirmişdir ki, Azərbaycan regionda inkişaf üzrə göstəriciləri ilə fərqlənir. Əlavə olaraq, inkişafın məhz gənclərin özündən başladığı qeyd olunmuşdur. Qonaq könüllülərə radikalizm və cəhalətdən uzaq durmağı, təhsil almağı, maariflənməyi tövsiyyə etmişdir. Könüllülər inkişaf haqqında maraq doğuran müzakirələr aparmış və qonağa ətraflı suallar ünvanlanmışlar.

ASAN könüllüləri görüşdə aktivlik nümayiş etdirmişlər.