ASAN Könüllüləri tərəfindən Beynəlxalq Ana Dili günü qeyd edildi

AKGT , ASANYOUTH , AZERBAİJAN , VƏTƏNPƏRVƏRLİK , DÖVLƏTÇİLİK

21 fevral 2015-ci il tarixində Beynəlxalq Ana dili günü münasibəti ilə ASAN Könüllüləri aksiya keçirmişdir.

Aksiya çərçivəsində bütün "ASAN xidmət" mərkəzlərində könüllülər öz ana dilimizdə düzgün danışmağı aşılayan bukletlər paylamışlar.

Qeyd edək ki, aksiya vətəndaşların böyük rəğbətini qazanmışdır. Gələcəkdə bu tipli layihələrin keçirilməsi nəzərdə tutulub.