ASAN Könüllüləri tərəfindən Nizami Gəncəviyə həsr olunmuş tədbirlər təşkil olundu

AKGT , ASANYOUTH , VOLUNTEERS, CULTURE

7 mart 2015-ci –il tarixində bütün “ASAN xidmət” mərkəzinin “K1 M1” adlı Könüllüləri Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında hazırladıqları təqdimatlarını təntənəli surətdə təqdim etmişdir.

1 saylı "ASAN xidmət" mərkəzinin könüllülərin “Şeyx Nizami və ASAN xidmət” adlı videoçarxı nümayiş etdirilmiş, müasir Azərbaycan haqqında fikirlər Nizaminin dilindən tamaşaçılara çatdırılmışdır. Daha sonra dahinin Xəmsəsinə daxil olan pyeslər haqqında könüllülərinin hazırladıqları fotolar nümayiş etdirilmiş və pyeslər haqqında ətraflı məlumatlar verilərək kiçik səhnəciklər təşkil olunmuşdur.

3 saylı Bakı “ASAN xidmət” mərkəzin könüllüləri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərindən sonuncusu olan "İsgəndərnamə" poemasını yazarkən dostu ilə söhbəti və Makedoniyalı İsgəndərlə Nüşabənin görüşü səhnələşdirilmişdir. Tədbir 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Seymur Mövlayevin çıxışı ilə yekunlaşmışdır.

Qeyd edək ki, digər mərkəzlərdə fəaliyyət göstərən cari könüllülər də hazırladıqları video çarxlar və təqdimatlar ilə yadda qaldı.