“Gənc Sahibkarlar üçün dövlət xidmətləri” adlı layihə gerçəkləşdi

AKGT , ASANYOUTH , DVC , YOUTHINC

14 mart 2015-ci il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “Gənc Sahibkarlar üçün dövlət xidmətləri” adlı seminar keçirildi.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi “Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Youth Inc. Proqramı, "ASAN Könüllüləri" Gənclər Təşkilatının təşkilatçılığı və dəstəyi ilə həyata keçirilmiş tədbir çərçivəsində gənc sahibkarlar üçün zəruri olan bir çox məlumatları əldə etmişdirlər. Seminardan sonra isə “ASAN Könüllüləri” Gənclər Təşkilatının idarə heyətinin üzvü Fərid Gülablı 1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə gənclərə tur keçirmişdir.