Cənab nazir ilə görüş!

AKGT , ASANYOUTH , İNNOVATİVİDARƏETMƏ , ASANSCHOOL

“İnnovativ idarəetmə görüşü” çərçivəsində 14 mart 2015-ci il tarixində ASAN könüllülərinin yaddaqalan və maraqlı görüşlərindən biri baş tutdu. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümov Dövlət İdarəçilik Akademiyasında ASAN könüllüləri ilə görüşdü!
 

Cənab nazirlə görüşü səbirsizliklə gözləyən könüllülər sırasından 200-ə yaxın ASAN könüllüsü görüşdə iştirak imkanı əldə etmiş, onları maraqlandıran suallar ilə cənab nazirə müraciət etmişlər.

Cənab nazir ASAN könüllüləri ilə çox səmimi və sərbəst mühitdə söhbət aparmış, öz əmək fəaliyyətindən bəhs etmiş, dəyərli məsləhətlərini bölüşmüşdür. S.Müslümov gənclərimiz ilə rəhbər olaraq öz təcrübələrini paylaşmış, bir sıra məsələlərdə könüllülərimizin fikirlərini almışdır. Cənab nazir könüllülərimiz ilə müasir bədii ədəbiyyat nümunələri, ASAN könüllülərinin “Master 2” pilləsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və struktur bölmələrində keçdikləri təcrübə, müasir gəncliyin problemləri və s. məsələlər haqqında fikir mübadiləsi aparmışdır. S.Müslümov bu söhbətdə könüllülərimizin aktiv iştirakından razı qalmış, “Master 2” proqramı çərçivəsində könüllülərimizlə əməkdaşlığa ən yüksək səviyyədə dəstək çıxdığını bildirmişdir.