“ASAN Könüllülərinin I Novruz festivalı” keçirildi

AKGT , ASANYOUTH , NOVRUZ

19 mart tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllülərinin l Novruz festivalı” keçirildi.

350-dən artıq cari və məzun ASAN Könüllüsünün iştirak etdiyi Festivalda ASAN Könüllüləri xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramını birlikdə qeyd etdi. Həmçinin festivalda ASAN Könüllülərinin hazırladıqları xonçalardan ibarət sərgi təşkil olunmuş və sərgidə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri hazırladıqları xonça ilə qalib gələrək şəhadətnamə ilə təltif olunmuşdurlar.