“ASAN Könüllülərinin II Şahmat Turniri” başa çatdı

AKGT , ASANYOUTH , İNTELLEKTUALOYUNLAR , CHESS , CHAMPIONSHIP

   “ASAN Könüllülərinin II Şahmat Turniri” uğurla başa çatdı.

ASAN könüllüləri bu dəfə də özlərini zəka oyunlarının şahı olan şahmatda sınadılar. Layihənin ilk mərhələsi olan təlimlərin sonunda keçirilmiş Turnirdə müxtəlif “ASAN xidmət” mərkəzlərini təmsil edən könüllülər arasında Turnirin qalibi 3 saylı Bakı “ASAN xidmət” mərkəzini təmsil edən Mehbalı Mehbalıyev, 2-ci yerin sahibi Elçin Mustafayev (3 saylı Bakı “ASAN xidmət” mərkəzi), 3-cü yerin sahibi isə Çingiz Həsənəliyev (2 saylı Bakı “ASAN xidmət” mərkəzi) olub.

 

13 aprel 2015-ci il tarixində baş tutan Turnirin sonunda təlim iştirakçıları və qaliblər sertifikatlarla, 1-ci yerin sahibi isə əlavə olaraq kubok və Şahmatla mükafatlandırılmışdır.