TÜTÜNSÜZ HƏYAT, SAĞLAM GƏLƏCƏYƏ TƏMİNAT

AKGT , ASANYOUTH

“ASAN Könüllüləri” Gənclər Təşkilatı ictimai birliyinin təşəbbüsü, “ADA Anti Smoking Club” və “SAĞLAM ailə” Tibb mərkəzinin təşkilati dəstəyi ilə “Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat” devizi altında sosial layihənin növbəti görüşü keçirildi.
Təlim zamanı yeniyetmələrlə siqaretin zərərləri, stressin aradan qaldırılmasının alternativ yolları və sağlam həyat tərzinin vacibliyi barədə söhbət aparılmışdır. Layihə çərçivəsində ay ərzində iki dəfə olmaqla Bakı şəhərində yerləşən bütün məktəblərdə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.